Myanmada ordu etirazçılara atəş açdı - 9 nəfər öldü


Myanma ordusu ölkədə dövlət çevrilişinə etiraz edənlərə atəş açıb.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Myanmada ordunun etirazçılara atəş açması nəticəsində 9 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində ən az 30 nəfərin yaralandığı bildirilib. 
Qeyd edək ki, fevral ayının 1-də Myanmada ordu çevriliş edərək hakimiyyəti ələ keçirmişdi. Bundan sonra Myanma xalqı qiyamçı orduya qarşı etiraz aksiyalarına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top