Ürəyində dəlik olan 1.5 aylıq Əlinin sizin yardımınıza ehtiyacı var


17.01.2021 tarixində iki ürək qüsuru ilə dünyaya gələn Əli Tanırverdiyevin sizin yardımınıza ehtiyacı var. 
Atası Əsgər Tanırverdiyev Yeniavaz.com-a müraciət edərək əməliyyat üçün 10 000 manat lazım olduğunu bildirdi:
"Övladım anadangəlmə iki ürək problemi ilə doğulub. Birinci damar tutulması idi. Həkimlər "anju" etdilər, lakin düzəlmədi, daha sonra isə əməliyyat etdilər. Əməliyyatdan sonra damarlar açıldı və problem həll oldu. İndi isə ikinci məsələ qalıb, o da ürəyindəki dəlikdir. Onun üçün də əməliyyat olunmalıdır. Lakin buna maddi imkanımız çatmır. Əməliyyat üçün 10 min manat lazımdır. Buna görə, Azərbaycan xalqından kömək istəyirəm. Hər kəs 1 AZN belə yardım etsə, balamın həyatı xilas ola bilər”.
Kömək etmək istəyənlər üçün Bank hesabı və əlaqə nömrəsi: 055  320  21 34
Kapital Bank: 4169 7413 9483 3774

DİGƏR XƏBƏRLƏR

Top