Ermənistan polisi: "Bu gün keçiriləcək mitinqdə təxribatlar ola bilər"


Ermənistan polisi bu gün İrəvanda müxalifətin parlament binası yaxınlığında keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, “Baqramyan prospektində 16: 00 da keçiriləcək müxalifət mitinqində bir neçə təxribat ola bilər. Bu barədə Ermənistan təhlükəsizlik idarəsinin mətbuat xidmətinin açıqlamasında deyilib.
"Polisə saat 16: 00-a təyin edilmiş mitinq zamanı təxribatların baş verə biləcəyi barədə məlumat daxil olub. Kütləvi tədbirləri müstəsna qanunlar çərçivəsində keçirməyə, qanunsuz hərəkətlərdən çəkinməyə və təxribatlara uymamağa çağırırıq”, - deyə bildirilib. 

DİGƏR XƏBƏRLƏR

Top