ABŞ Rusiyaya bu məhsulların satışını dayandırdı - Navalnıya görə


ABŞ-ın Xarici İşlər Nazirliyi Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha birini əlavə edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik ABŞ-dan Rusiyaya ixrac edilən müdafiə sənayesi məhsullarının ixracatını dayandırmaq qərarı verdiyini bildirib. Açıqlamada qeyd olunub ki, tətbiq olunan qadağalar ən azı 1 il müddətində davam edəcək.
Qeyd edək ki, rus müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbsindən sonra ABŞ Rusiyanın 7 məmuruna və 14 şirkətinə qarşı sanksiya tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top