"YAŞAT" Fonduna daxil olan vəsaitin məbləği 30 milyonu ötdü


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

İndiyədək fondda 30 178 777,33 manat toplanıb.

Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 13 744 640,78 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 11 589 934,06 manatı xərclənib. Vəsaitin qalığı isə 18 588 843,27 manatdır.

DİGƏR XƏBƏRLƏR

Top