Türkiyə sərhədində yaşayan ermənilər silahlanmaq üçün müraciət edib - FOTO


Ermənistanın Türkiyə ilə sərhəd olan Armavir bölgəsinin Yervandaşat kəndinin sakinləri təxribat xarakterli addım atıblar.
Yeniavaz.com
xəbər verir ki, “Sputnik Armenia”nın müxbiri Ermənistanın Türkiyə ilə sərhəd olan Armavir bölgəsinin Yervandaşat kənd sakinləri ilə görüşüb. Onlar jurnalistə verdikləri açıqlamada Türkiyə ilə bağlı təxribat xarakterli açıqlamalar verib. Onlar bildirib ki, İkinci Qarabağ müharibəsi başlayanda kəntdə sakinlər gecə növbətçilik edərək təhlükənin olub-olmadığı barədə müvafiq qurumları məlumatlandırıblar:
“Biz kənd sakinləri olaraq silahlanmalıyıq, təhdid olarsa müqavimət göstərməliyik. Məsələn, kəndimizdə bir çox sakinlər hərbi təlim keçməli və təhkim edilmiş silahları olmalıdır. Evlərdə polisin nəzarət edə biləcəyi möhürlənmiş seyflər olmalıdır ”.
Qeyd edək ki, Yervandaşat təxminən iki yüz əlli evin olduğu erməni kəndidir. Bu günə qədər nə İkinci Qarabağ müharibəsində, nə də ondan əvvəlki dövrlərdə Türkiyə ilə sərhəddə yerləşən həmin kəntdə heç bir problem yaşanmayıb. “Sputnik Armenia”nın bəhs edilən kəntdən bu cür reportaj hazırlaması ilə həmin media orqanının təxribat xarakterli addımlarından biridir.

DİGƏR XƏBƏRLƏR

Top