Ərdoğan Makronla videokonfrans formatında görüş keçirib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş keçirilib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, Türkiyə prezidenti görüş vaxtı diqqəti ikitərəfli məsələlərə və Qafqazda sülhə yönləndirib:
"İki güclü NATO müttəfiqi kimi Avropadan Qafqaza, Orta Şərqə və Afrikaya qədər geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülhə mühüm töhfələr verə bilərik. Ölkələrimizin və vətəndaşlarımızın və mülkiyyətimizin təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı birgə mübarizə apara bilərik. Bu xüsusda Türkiyə və Fransanın bərabər hərəkət etməsini ümid edirik".

DİGƏR XƏBƏRLƏR

Top