Həyat yoldaşının Paşinyan haqqında paylaşımı qalmaqala səbəb oldu – FOTO


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın paylaşımı qalmaqala səbəb olub.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Hakopyan öz “facebook” səhifəsində həyat yoldaşı Paşinyan barədə “Kommersant” qəzetində çıxan məqaləni paylaşıb. Həmin yazıda Ermənistanın baş naziri aktyora bənzədilib və etdiklərinin oyun olduğu vurğulanıb:
“Səhnəyə qalxdı və bir saatdan çox müddət ərzində izdihamı idarə etdi. Mitinq iştirakçılarını, onu bəyənərək qışqırmağa, sonra qəzəblənməyə, sonra itaətkarlıqla susmağa məcbur etdi. Çıxışının əvvəlində səhvlərinə görə üzr istədi. Çıxışın qalan hissəsini artıq baş nazir kimi yox, inqilabçı kimi danışdı. Ermənistanda kimin hakimiyyətdə olacağına yalnız xalqın qərar verə biləcəyini söylədi. Bütün bunları edə bilən Paşinyan filmdə oynasa “Oscar” mükafatı alar”.
Ermənistanda fəlaiyyət göstərən media orqanları isə Hakopyanın həyat yoldaşını lağa qoyan məqaləni nə üçün sosial şəbəkədə paylaşdığı müzakirə edilir. 
Qeyd edək ki, bundan əvvəl də Hakopyanın Paşinyanı təhqir etdiyi bir neçə xəbər yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top