Türkiyədə deputata 4 il həbs cəzası verildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Diyarbakırdan olan millət vəkili Nursel Aydoğan 4 il 8 ay 7 gün həbs cəzasına məhkum edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə N. Aydoğanı terror təşkilatına (PKK) üzv olmasa belə, təşkilat adına cinayət törətmək iddiası ilə təqsirli bilib. O, daha əvvəl terror təşkilatına üzv olmaq və təşkilatın təbiğatını aparmaq ittihamları ilə mühakimə olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top