Bakının mərkəzində "pampers" geyindirilən quzu ilə gəzən gəncləri polis niyə saxlayıb? - RƏSMİ AÇIQLAMA


Ötən gün Bakının Nizami küçəsində quzu gəzdirən vətəndaşın polislər tərəfindən bölməyə aparılması ilə bağlı görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu məsələ sosial şəbəkələrədə müzakirələr yol açıb. Vətəndaş küçədə it gəzdirə bilər, amma quzu yox kimi fikirlər qeyd olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Baku.ws-ə bildirib ki, əslində polislər həmin gəncləri quzu ilə birlikdə tutmayıblar.

“Sadəcə olaraq polislər həmin gənclərlə birlikdə quzunu maşına mindirib, ərazidən uzaqlaşdırıblar. Polislər gənclərlə profilaktik söhbətlər aparıblar və onları sərbəst buraxıblar. Qeyd edim ki, pandemiya dövrüdür, uşaq bezi geyindirilən quzu yoldan ötənlərin marağına səbəb olur. Camaat bir yerə toplaşır. Bu da pandemiya qaydalarının pozulmasına səbəb olub”, - deyə Ehsan Zahidov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top