“Yaxşı təqaüd alıram, dolanışığımdan şikayətim yoxdu” - Ramiz Əzizbəyli

“Səhhətim yaxşıdır. Hər şey qaydasındadı. Səhhətimdə irəliləyiş olsa da, iş barəsində fikirləşmirəm”.

Yeniavaz.com xəbər verir ki, bunu modern.az saytına uzun müddətdir ki, səhhətindən əziyyət çəkən, beyin insultu diaqnozu ilə mütəmadi müalicə olunan Xalq artisti, rejissor Ramiz Əzizbəyli bildirib.

Tanınmış incəsənət xadimi səhhəti ilə əlaqədar uzun müddət heç yerdə çalışmasına baxmayaraq, dolanışığından şikayətçi olmadığını bildirib:

“Yaxşı təqaüd alıram. Bu səbəbdən dolanışığım pis deyil. Heç nədən şikayətim yoxdu”.

Qeyd edək ki, Ramiz Əzizbəyli 2015-ci il fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu keçirmişdi. Artıq iki ilə yaxındır ki, ev şəraitində müalicə olunur.

DİGƏR XƏBƏRLƏR

Top