Bakıda gecə küçəyə atılmış uşaq tapılıb - FOTO

Bakıda küçədə azyaşlı uşaq tapılıb.

Yeniavaz.com xəbər verir ki, polis əməkdaşları gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaşlarında qız uşağı aşkarlayıblar.

Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. 

Azyaşlı polislər tərəfindən sığınacağa gətirilib. Adının Nərgiz olduğunu deyən uşaq onu anasının küçədə qoyub, maşınla getdiyini bildirib.

Uşağı tanıyanlardan polis əməkdaşlarına və ya sığınacağa məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top