BMT: Ərzaq məhsullarının qiymətləri ardıcıl 5 ildir ucuzlaşır

2016-cı ildə əsas ərzaq xammalların qiymətləri 1,5 faiz azalaraq 2011-ci ildə başlamış ucuzlaşmanı davam etdirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. FAO əsas beş məhsul qrupunun - taxıl, bitki yağları, süd məhsulları, ət və şəkər – qiymət indeksinin orta qiyməti əsasına hesablanmış ərzaq qiymətləri indeksinin təhlilini təqdim edib. Belə ki, 2016-cı ilin yekunları üzrə indeksin orta qiyməti 161,6 bənd təşkil edib ki, bu da 2015-ci il səviyyəsindən 1,5 faiz aşağıdır. 2016-cı ildə bitki yağı (11,4 faiz) və şəkərin (34,2) qiymətinin xeyli artması taxıl (9,6 faiz) , ət (7 faiz) və süd məhsulları (4 faiz) bazarlarında qiymətlərin ucuzlaşması ilə müşahidə olunub və nəticədə qiymət indeksi 2015-ci ilin orta səviyyəsindən aşağı olub.

DİGƏR XƏBƏRLƏR

Top