
Ukrayna prezidenti Vladimir Zelenski Luqansk bölgəsinə səfəri zamanı koronavirus peyvəndi vurdurub.
Yeniavaz.com xəbər verir ki, Zelenski öz instaqram hesabında peyvənd vurdurduğu balədə məlumat paylaşıb. O, hamını koronavirusa qatşı vaskin vurdurmağa çağırıb:
“Həkimlər və hərbçilər artıq peyvənd olunub. Hamını kampaniyaya qoşulmağa dəvət edirəm. Heç nədən qorxmayın”.
Qeyd edək ki, “AstraZeneca/Oxford” peyvəndindən istifadə edir.