Lavrov: "Koronavirus pasportları demokratiyaya zidd prosesdir"


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünyada müzakirə edilən koronavirus pasportları məsələsinə münasibət bildirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, Lavrov Avropa ölkələrində yayılan koronavirus pasportları fikrini dəstəkləmədiyini bildirib:
"Bu fikr demokratiya qaydalarına ziddir. Çünki Aİ ölkələrində aşılamanın könüllü olduğuna dair bir qərar var. Əgər bu qayda tətbiq edilərsə, bu könüllülük prinsipinə zidd olacaq. Biz Avropa Birliyindəki həmkarlarımıza Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyə səbəb olacaq qərarlar qəbul etməyəcəyimizə dair məlumat verdik".
Lavrov çıxışı zamanı həmçinin bildirib ki, peyvəndləmə prosesində könüllülük prinsipi olduqca vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top