
Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedənlərdən koronavirus peyvəndi vurdurmaları tələb olunacaq.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Tevfiq ər-Rabia məlumat verib. O, Məkkə, Mədinə və digər yerlərdə tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün göstəriş verib.
Xəbərdə həmçinin nazirin zəvvarlar üçün COVID-19 komissiyasının qurulması üçün əmr verdiyi də bildirilib.