ABŞ Ukraynaya 125 milyon dollar həcmində hərbi yardım edib


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən Ukraynaya silah və təlim məqsədilə 125 milyon dollarlıq yardım paketi ayrıldığı bildirilib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib:
"Nazirlik Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təlim, silah və məsləhət xidmətləri də daxil olmaqla 125 milyon dollarlıq yardım paketini elan edir”.
Kirbinin sözlərinə görə, paketin ayrılmasında məqsəd Ukraynanın özünü Rusiyanın hücumuna qarşı daha effektiv şəkildə qorumasıdır.

DİGƏR XƏBƏRLƏR

Top