
Rusiya tərəfindən təkmilləşdirilən və koronavirus əleyhinə hazırlanmış “Sputnik-V” peyvəndi daha bir Avropa İttifaqı ölkəsi tərəfindən təsdiqlənib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiya Macarıstandan sonra ölkəsində rus peyvəndinin tətbiqinə icazə verən növbəti ölkə olub.
Slovakiyanın baş naziri İqor Matoviç məsələ ilə bağlı açıqlama verib. Baş nazirin sözlərinə görə, Slovakiyada peyvənd qıtlığı var və bu səbəbdən ölkəsində ölüm sayı artır. İqor Matoviç bildirib ki, onlar Avropa Dərman Agentliyinin qərarını gözləyərək əlavə vaxt itirmək istəmirlər.