“Reina” terrorçusu oğlu ilə birlikdə qaçıb

İstanbulda “Reina” gecə klubunda 39 nəfərin ölümü ilə nəticələn terror aktının istintaqını aparan polis vacib məlumatlar əldə edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, özbək əsilli terrorçu Əbdülqadir Maşaripov 1,5 yaşlı qızı, 4 yaşlı oğlu və arvadı ilə birlikdə 2016-cı ilin əvvəlində Konyada yaşamağa başlayıb. Maşaripov ailəsi ötən ilin dekabr ayının son günlərində isə İstanbulda bir evi kirayəyə götürüb. Terrorçu dekabrın 31-də, axşam saatlarında arvadına “halallaşaq” deyərək evdən çıxıb. Ə. Maşaripov “Reina” hücumundan sonra arvadı və uşaqlarının gətirildiyi Zeytinburnundakı evə qayıdıb. Terrorçu buradan 4 yaşlı oğlunu özü ilə götürərək izini itirib.

DİGƏR XƏBƏRLƏR

Top