
Mixail Qorbaçov SSRİ-nin yenidən qurulması barədə sualı cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, Qorbaçov “TASS”a müsahibəsində SSRİ-ni qoruyub saxlamağın mümkün olduğunu vurğulayıb:
"Dəfələrlə demişəm, birliyi qorumaq olardı. Artıq müstəqil dövlətlər 30 ilə yaxındır mövcuddur. Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı var. Bu təşkilatlar gücləndirilməlidir. Ən əsası isə ixtilafda olduğumuz respublikalarla münasibətləri bərpa etmək üçün hər şeyi etməliyik".