Gədəbəydə yağan qar yollarda çətinlik yaradıb - FOTO + VİDEO


Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.
Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.


DİGƏR XƏBƏRLƏR

Top