Qorbaçov: "Məni buna görə qınayırlar, ancaq etməsəydim..."


SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 90 illik yubliyeyi münasibətilə müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, Qorbaçov “TASS”a müsahibəsində SSRİ-də apardığı son islahatlardan danışıb. O, atdığı addımla səhvlərin olduğunu bildirib:
“Həm həyatımda, həm də siyasətdə əsas qərarlar verdim. Onları dəyişdirməzdim. Siyasətdə, əlbəttə ki, bu gün çox şey daha aydın görünür, səhvlər var idi. Məni daha çox qlasnosta  (dövlət orqanlarında, mətbuat və digər sahələrdə şəffaflığın artırılması üçün aparılan islahatlar) görə qınayırlar. Ancaq qlasnost olmasaydı, ölkədə heç bir şey dəyişməzdi. İnsanlara inanmasaydım, yenidənqurma heç vaxt başlamazdı”.

DİGƏR XƏBƏRLƏR

Top