Suriyadakı silahlı qruplar Astana görüşü üçün şərt irəli sürüblər

Suriyanın şimalındakı silahlı qruplaşmalar Astanada Suriya hakimiyyəti və müxalifəti arasında keçiriləcək danışıqlarda iştirak etmələri üçün şərt irəli sürüblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Xalq dilomatiyası” hərəkatının mətbuat katibi Mahmud əl-Əfəndi Ankarada görüşdə deyib. Onun sözlərinə görə, irəli sürülən şərtlər arasında atəşin beynəlxalq nəzarət altında dayandırılması da var. Əl-Əfəndi qeyd edib ki, Astana görüşünün iştirakçıları hələ müəyyən edilməyib. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriyada münaqişə edən tərəflərlə Astanada sülh danışıqları prosesinin davamı üçün razılığa gəlib. Görüş yanvarın 23-nə planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top