Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın qızı Hasmik Qasparyan Nikol Paşinyanı tənqid edib.
Yeniavaz.com xəbər verir ki, Hasmik Qasparyan öz “facebook” səhifəsi vasitəsilə paylaşdığı yazısında Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf alıb:
“Bir gün bir fərarilik edən sizin lideriniz olarsa heç təəccüblənməyin. Bəzi fərarilərin vətəni müdafiə edənləri xain adlandırması gülməlidir. Burada yüksək səs tonu ilə danışan şəxslər, cəbhə xəttindən qaçanlardır”.
Qeyd edək ki, Paşinyan dünən İrəvanda keçirdiyi mitinq zamanı Qasparyanı xain adlandırıb və onun ən qısa vaxtda tutduğu vəzfifəsindən uzaqlaşmalı olduğunu bildirib.