Paytaxtda yaşayış binasında yanğın: 25 nəfər təxliyyə edildi


Paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, zirzəmiyə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 kvadrat metr sahədə yanıb.

Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top