Paşinyan ordunun ona qarşı çıxmasında kimin əlinin olduğunu açıqladı


Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının istefa barədə yaydığı bəyanatdan danışıb.

Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, Paşinyan bu gün İrəvanda keçirdiyi mitinq zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hələ də sabiq prezident Serj Sarkisyanın təsiri altında olduğunu açıqlayıb:
"Baş Qərargahın bəyanatının keçmiş hakimiyyət orqanlarının və xüsusən də Serj Sarkisyanın təsirinin nəticəsi olduğunu birbaşa bildirmək istəyirəm. Baş Qərargah rəisi qanunları pozdu və istefa etməlidir, bu qaçılmazdır. Sarkisyan və keçmiş səlahiyyətlilər qanuni hakimiyyətə qarşı bir ordu yaratmağa çalışırlar”.

 

DİGƏR XƏBƏRLƏR

Top