Ermənistan yeni idarəetmə sisteminə keçəcək


Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin oktyabrında ölkənin yarı prezident idarəetmə formasına keçməsi üçün konstitusiyaya dəyişiklik edilməsi üçün addım atacağını deyib.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirdiyi mitinq zamanı deyib. O bildirib ki, Ermənistanda hazırkı idarəetmə sistemində müəyyən problemlər var:
"Düşünürəm ki, oktyabr ayında yeni bir konstitusiyanın qəbul edilməsinə təşəbbüs göstərməli olduğumuzu bildirməyin vaxtı gəldi. Yarı prezident idarəetmə formasına keçməyimiz mümkündür"

 

DİGƏR XƏBƏRLƏR

Top