Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdi - Müvəqqəti

Bakıda 92 nömrəli marşrut üzrə sərnişin daşıyan avtobusların hərəkət istiqamətində dəyişiklik edilib. Bu barədə Yeniavaz.com Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat yayıb. Məlumatda deyilir: "Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək".

DİGƏR XƏBƏRLƏR

Top