Ərdoğan və Putin arasında videokonfrans formatında görüş olacaq


Türkiyənin ilk nüvə elektrik stansiyası "Akkuyu"nun 3-cü reaktorunun təməlinin qoyulması mərasimində prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans şəkildə iştirak edəcəklər.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, xəbər Rusiya prezidentinin sözçüsü Dmitri Peskov tərəfindən təsdiqlənib:
“Bəli, həqiqətən, “Akkuyu”nun 3-cü reaktorunun tikinti mərhələsinin başlanğıcına həsr olunmuş bir mərasim hazırlanır. Prezidentlər Ərdoğan və Putin arasında bu inşaatın başlaması münasibətilə videokonfransın təşkili proqramı hazırlanır”.
Peskov bu yaxınlarda 2 dövlət başçısı arasında ətraflı telefon danışığı həyata keçirildiyini bildirib. Onun sözlərinə görə həmin vaxt onların videokonfrans şəkildə görüşəcəkləri ilə bağlı danışıqlar aparılıb.
Sözçü həmçinin bildirib ki, prezidentlər lazım bilmədikləri halda “Akkuyu”dan başqa heç bir mövzuda danışıqlar aparılması planlaşdırılmır”.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Enerji Nazirliyinin rəhbəri Fatih Dönməz bu haqda məlumat verib.

 

DİGƏR XƏBƏRLƏR

Top