Paşinyan Ermənistan prezidenti ilə görüşdü


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat verib. Bildirilib ki, Paşinyan Sarkisyanın səhhətində ortaya çıxan problemlər səbəbilə onun yanına gedib. Görüş zamanı ölkədəki daxili siyasi vəziyyət müzakirə edilib. Verilən məlumatlarda həmçinin qeyd olunub ki, Paşinyanın Onik Qasparyanın istefası ilə bağlı fərmanı imzalaması üçün prezidentə  təzyiq göstərməyə çalışdığı barədə yayılan xəbərlər tamamilə yalandır. 

DİGƏR XƏBƏRLƏR

Top