Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında prezident Armen Sarkisyana çağırış edilib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurası Armen Sarkisyana müraciət edərək baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə fərmanı imzalamağa çağırıb. Bu barədə ErmənistanTəhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanı istefaya çağırmışdı. Paşinyan isə bu səbəblə baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə fərman imzalamışdı. Ancaq, bu günə qədər həmin fərman prezident Armen Sarkisyan tərəfindən imzalanmayıb.