Türkiyədə ata 16 yaşlı oğlunu qurban verdiyini deyərək boğazını kəsib


Zonquldağın Çaycuma mahalında bir ata 16 yaşlı oğlu A.O.A-nı Allah yolunda qurban verdiyini iddia edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlunun boynunu kəsərək ağır yaralayan 42 yaşlı tibb işçisi Yusif A. saxlanılıb. Sözügedən şəxs Çaycuma Dövlət Xəstəxanasının təcili tibbi yardım şöbəsində işləyir. O, oğlunun boynunu meşəlik ərazidə işdən götürdüyü bıçaqla kəsib.
Yusif adlı şəxs hadisədən sonra polisə gedərək günahını etiraf edib. Hadisə yerinə gələn polislər yeniyetməni huşsuz vəziyyətdə tapıblar. Bülent Ecevit Universitetinin Sağlamlıq Araşdırma Mərkəzinə aparılan A.O.A. reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, Yusuf A. növbətçi məhkəmə tərəfindən həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top