Xaricdən Azərbaycana nə qədər qoz idxal olunub və neçəyə? - SİYAHI


Yola saldığımız 2020-ci ildə Azərbaycan xarici ölkələrdən 2 milyon 199 min 390 dollar dəyərində 1 510,39 ton qabıqlı qoz idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 50 qəpik (1,4 dollar) olub.
Azərbaycan qabıqlı qoz əsasən Ukraynadan idxal edir. 2020-cu ildə Azərbaycana Ukraynadan 1 416 ton qabıqlı qoz gətirilib. Ukraynadan gətirilən qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 30 qəpik olub. 2019-cu illə müqayisədə Ukraynadan gətirilən qozun miqdarı 480 ton azalsa da, qiyməyi dəyişməz qalıb.
2019-cu ildə olduğu kimi, ötən ildə də Ukraynadan başqa Azərbaycan ABŞ-dan, Çilidən, Qırğızıstandan, və Rusiyadan qabıqlı qoz idxal edib.
Son 2 ildə Azərbaycana idxal olunan qabıqlı qoz ölkələr üzrə göstəricisi belə olub:
  2019-cu il 2020-ci il
  Miqdarı 1 kq-ın
gömrük dəyəri
Miqdarı 1 kq-ın
gömrük dəyəri
Ukrayna 1 896 ton 2,3 manat 1 416 ton 2,3 manat
Rusiya 270 ton 2,3 manat 20,95 ton 2,3 manat
Çili 125 ton 5,4 manat 39,5 ton 6,2 manat
ABŞ 100 ton 4,2 manat 12 ton 4 manat
Moldova 88 3,3 manat - -
Qırğızıstan 44 ton 2,2 manat 21,8 ton 5,1 manat

DİGƏR XƏBƏRLƏR

Top