Belarusda icazəsiz mitinqlərə görə verilən cəzalar sərtləşdirildi


Belarusda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dəyişikliyə əsasən kütləvi tədbirlərin təşkili və ya keçirilməsi prosesini pozanlara verilən cəzan əhəmiyyətli dərəcədə sərtləşdirildi.
Artıq bundan sonra bu cür tədbirlərin iştirakçıları təxminən 1200 dollar məbləğində cərimə ediləcək. Əvvəllər bu rəqəm 340 dollar idi. Ayrıca, icazəsiz mitinq iştirakçıları həbs edilə və cinayət məsuliyyətinə cəlb edilə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top