Paşinyan Ermənistan prezidentinə Qasparyanla bağlı daha bir çağırış etdi


Ermənistanın baş naziri Nikol Paşinyan prezident Armen Sarksiyana çağırış edib.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Paşinyan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı Sarkisyana yenidən müraciət edib. Bu barədə Ermənistanın prezident administrasiyasının bəyanatında bildirilib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanı istefaya çağırmışdı. Daha sonra Paşinyan baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək üçün prezidentə müraciət ünvanlamışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top