Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu


Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib.

O, Baş Qərargahın baş nazir Nikol Paşinyanı və hökuməti istefa bəyanatına qoşulub.

“Mən hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən verib. Mən düşünürəm ki, onlar ciddi qərar qəbul ediblər və bu bəyanata qoşularaq onu müdafiə edirəm”, general-leytenant bildirib. Daha sonra Baqmanyan əlavə edib: “Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi – güllələnmə, yanan maşınlar və sair”, deyə, qiyamçı general bildirib.

Qeyd edək ki, 1 martda saat 18.00-da müxalifət, 18.30-da isə Nikol Paşinyan öz tərəfdarları ilə küçə və meydanlara çıxacaqlar. Paşinyan Azadlıq meydanında, “Vətəni xilas hərəkatı” isə Baqramyan prospektinə aksiya təyin edib. Bu mənada 2008-ci il hadisələrinin təkrarlanacağı da istisna deyil.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top