Yevlaxda ağır qəza: 2 ölü, 3 yaralı


Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.
Hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib.
Qəza zamanı Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.
Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli isə xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, axşam saatlarında Yevlax-Bərdə yolunda "VAZ" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top