“Meyvəli” bazarında yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

***22:00
Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ticarət mərkəzindəki mağazalarının birində baş verən yanğın kiçikhəcmli olub və söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


***21:05
Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top