İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı


İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın Bağdaddakı diplomatik elçisi İrəc Məcidinin Türkiyənin İraqın suverenliyini pozması ilə bağlı fikirlərinə münasibət bildirmək məqsədi daşıyıb.
İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.
Qeyd edək ki, bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

DİGƏR XƏBƏRLƏR

Top