Daha 2 nəfər koronavirusdan vəfat etdi - SON RƏQƏMLƏR


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb, 2 549 nəfər vəfat edib, aktiv xəstə sayı  nəfərdir.
 

DİGƏR XƏBƏRLƏR

Top