Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli vəzifəsindən kənarlaşdırılmayıb.
İdarədən Yeniavaz.com-a verilən məlumata görə dünən media orqanlarında bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Məlumat üçün bildiririk ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmayıb və hazırda öz işini davam etdirir.
***28 fevral, saat 13:30
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, idarənin rəisi Vüsal Nəsirli tutduğu vəzifədən azad edilib.
V.Nəsirli əvvəllər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, şəhər icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, son illər Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrində çalışıb.