Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı


Cari il fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.
Bu barədə Yeniavaz.com Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top