Gürcüstanda son sutka ərzində yeni növ koronavirusadan (COVID-19) 11 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, virusa yoluxanların sayı 248 nəfər artaraq 270 758 nəfərə çatıb.
Qeyd edək ki, son statistikadan sonra qonşu ölkədə koronavirusdan ölənlərin sayı 3 510 nəfərə yüksəlib.