
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə report-a onun yaxınları məlumat verib.
Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.
Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.
***10:16
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib.
Yeniavaz.com xəbər verir ki, K.Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva vəfat edib.
Allah rəhmət eləsin!
Tətbiqimizi yükləyə bilərsiniz