Üzərliyin orqanizmə faydaları – Yandırmaqdansa, belə istifadə edin


Üzərlik toxumu xalq arasında bəd-nəzərdən qoruyan bitki kimi tanınır. Yandırılaraq üzərliyin qoxusunu nəzərə gəldiyi deyilən şəxs qoxulamalıdır. Eyni zamanda həmin qoxunun baş ağrılarına da müsbət təsir etdiyi bildirilib. Lakin bitkinin sağlamlığa faydaları da az deyil.  
Yeniavaz.com
üzərlik toxumunun sağlamlığa faydalarını təqdim edir:
İlk öncə onu qeyd edək ki, üzərlik toxumu çay şəklində istehlak edilir.
- Yuxarı tənəffüs yolları üçün çox faydalıdır. Xüsusilə qrip, soyuqdəymə və burun tutulmasına müsbət təsirli edir;
 - Stres və depressiya kimi mənfi halların qarşısını alır;
 - Antioksidan təsiri var;
 - Saç və saç dərisinə müsbət təsir edən üzərlik toxumu saçın köklərini gücləndirir və daha sürətli böyüməsinə kömək edir;
- Üzərlik toxumu nəfəs darlığı çəkən insanlarda müalicə edici xüsusiyyətə malikdir;
 - Bağırsaqların sağlam bir şəkildə işləməsinə kömək edən bu toxum parazitlərin, bakteriyaların və qurdların aradan qaldırılmasına kömək edir.
- Xərçəng xəstəliyinə qarşı vücudu qoruyan üzərlik toxumu, bir çox şişin əmələ gəlməsinə də mane olar.
 - Stressin yaratdığı yuxu problemlərini və baş ağrısını da həll edir.
- Revmatizm ağrıları çəkən insanlar üzərlik toxumu ilə ağrılarını azalda bilər.
- Ayaqlardakı damar genişlənmələrini üzərlik toxumu çayı ilə masaj edilərsə damarlardakı ağrıların azallması ilə nəticələnər;
- Üzərlik toxumu  çayı davamlı istehlak edildikdə yaddaş gücləndirir və insan orqanizmində baş verən iltihabların daha sürətli sağalmasına imkan verir.
Üzərlik toxumu çayının hər gün bir fincan istehlak edilməklə faydasını görmək olar.

DİGƏR XƏBƏRLƏR

Top