Azərbaycanda daha bir məktəb karantinə bağlanıb


Yoluxma sayının artmasına görə Mingəçevirdə 1 saylı tam orta məktəb fəaliyyətini müvəqqəti dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhər Təhsil şöbəsindən verilən məlumata görə tədris distant formada keçiriləcək.
Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) bir həftə müşahidə aparacaq. Adı çəkilən məktəbdən hər hansı yoluxma olmazsa dərslər bərpa ediləcək.
Qeyd edək ki, bundan əvvəl Bakı şəhər Nərimanov rayonundakı 82 nömrəli məktəb və Respublika İncəsənət Gimnaziyası da eyni səbəbdən iki həftəlik bağlanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top