Navalnının köçürüldüyü həbsxananın adı açıqlanmayıb


Rusiyanın paytaxtı Moskvada yerləşən “Matrosskaya Tişina” həbsxanasında saxlanılan Aleksey Navalnının haqqında verilən hökm qüvvədə saxlanıldıqdan sonra olduğu həbsxanadan köçürülüb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Navalnı məhkəmədən sonra adı və yeri açıqlanmayan həbsxanaya köçürülüb. Bu barədə müxalif liderin vəkilləri məlumat verib. Onların sözlərinə görə müvəkkillərinin ailəsinin də onun hansı həbsxanada olmasından xəbəri yoxdur. 
Məhkumlarla bağlı işi izləyən Moskva Xalq Müşahidə Komissiyasından Marina Litvinoviç isə Navalnının ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top