ABŞ-ın konqresmenindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT


ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bəyanatda qeyd edilib ki: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində faciə baş verib.
366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvvələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib.
29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirilmiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.
O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur diləyirəm”.
Qeyd edək ki, Kam Bukner 26-cı dairədən  İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.
Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top