Yanvar-fevral aylarında uşaqlara ən çox qoyulan adların SİYAHISI


Bu ilin əvvəlindən ötən 2 aylıq dövr ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı qoyulub.
Yeniavaz.com
Ədliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, son 2 ayda 180 qız uşağına Zəhra, 149 oğlan uşağına isə Uğur adı qoyulub. 
Oğlan və qız uşaqlarına ən çox qoyulan adların ilk onluğu belə olub:
Uğur (149), Hüseyn (147), Əli (141), Yusif (136), Məhəmməd (103), Murad (99), Ömər (88), Raul (71), Tunar (62), Ayxan (58).
Zəhra (180), Aylin (139), Zeynəb (126), Fatimə (115), Məryəm (115), Mələk (113), Nilay (111), Nuray (105), İnci (85), Mədinə (79).

DİGƏR XƏBƏRLƏR

Top