Azərbaycan nefti ucuzlaşdı


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 27 fevral tarixində 1,02 dollar ucuzlaşaraq 65,96 dollara satılıb. 
Yeniavaz.com
xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti fevral ayınının əvvəlindən ötən 27 gün ərzində 10,08 dollar  bahalanıb.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı  neftinin qiyməti bu ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 66,70 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 63,12 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top